AZ

Almaniyanın yeni pilotsuz uçuş aparatı sınaqdan uğurla çıxıb

Almaniyanın müdafiə sənayesi şirkəti “Rheinmetall”ın istehsal etdiyi “LUNA NG” pilotsuz uçuş aparatı sistemi Bundesver tərəfindən uğurla sınaqdan keçirilib.

AZƏRTAC xəbər verir ki, şirkətin məlumatında sistemin əsas texniki üstünlüklərindən biri kimi 12 saatdan artıq uçuş müddətinə və 5 min metrədək maksimal uçuş hündürlüyünə malik olması göstərilib.

Sınaq zamanı hədəfin aşkarlanmasından məhv edilməsinədək bütün mərhələlərdə yalnız pilotsuz sistemlərdən istifadə olunub. Bu aparatların Pilotsuz Sistemlərin Komanda və İdarəetmə Platformasına uğurlu inteqrasiyası onun digər dronlar və müvafiq döyüş sursatları ilə koordinasiyalı fəaliyyətinə imkan verib.

“LUNA NG” verilmiş tapşırıqları qısa müddətdə etibarlı şəkildə yerinə yetirib və yüksək kəşfiyyat imkanları nümayiş etdirib. Uzunmüddətli uçuş davamlılığına malik aparat yüksək hündürlükdə aşağı səs səviyyəsi ilə uçuş həyata keçirib. Sensor məlumatlarının real vaxt rejimində ötürülməsi yerüstü qüvvələr üçün tam və operativ əməliyyat mənzərəsinin formalaşmasına imkan yaradıb.

Seçilən
9
3
yeniazerbaycan.com

4Mənbələr