AZ

Avropa Komissiyası milyonlarla ukraynalını belə XİLAS EDİR

Avropa Komissiyası elektrik və istilik təchizatında yaranan fasilələr səbəbindən yaranan kritik vəziyyətlə əlaqədar Ukraynaya 145 milyon avroluq yardım paketi elan edib.

Publika.az xəbər verir ki, bu barədə qurumun rəsmi açıqlamasında bildirilib.

"Avropa Komissiyası milyonlarla ukraynalının şaxtalar və elektrik kəsintiləri ilə üzləşdiyi üçün Ukraynaya və ukraynalı qaçqınları qəbul edən Moldovaya 153 milyon avro həcmində təcili yardım ayrıldığını elan edib", - sənəddə deyilir.

Ümumi məbləğin 145 milyon avrosu Ukrayna, qalan 8 milyon avrosu isə Moldova üçün nəzərdə tutulub.

Maliyyə dəstəyi ilə yanaşı, Avropa Komissiyası bir ay ərzində Ukraynaya ümumilikdə 947 elektrik generatorunun göndəriləcəyinə söz verib.

Seçilən
0
2
publika.az

3Mənbələr