Azərbaycanın strateji coğrafi mövqeyi logistika və nəqliyyat sahələrində geniş imkanlar yaradır.
Sitat.info xəbər verir ki, Oman Sultanlığın xarici işlər naziri Bədr əl-Busaidi bunu Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə bildirib.
Görüşdə Azərbaycanın Oman Sultanlığında səfirliyinin açılmasının ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına imkanlar yaratdığı qeyd edilib. İki ölkənin Xarici İşlər və İqtisadiyyat nazirlikləri arasında təmasların əhəmiyyəti də diqqətə çatdırılıb.
Sahibə Qafarova qanunverici orqanlar arasında əməkdaşlığın yüksək qiymətləndirildiyini, parlament diplomatiyası vasitəsilə qarşılıqlı dəstəyin davamlılığının təmin edilməsi istiqamətində ardıcıl səylərin göstərildiyini bildirib. Milli Məclis sədri vurğulayıb ki, Azərbaycan və Oman sülhpərvər dövlətlərdir və sabitliyin qorunmasına və qarşılıqlı əməkdaşlığın inkişafına xüsusi önəm verirlər. Bu baxımdan iki ölkə arasında əlaqələrin inkişafı həm məntiqli, həm də zəruri xarakter daşıyır.
AZXEBER.COM xəbər verir ki, Oman Sultanlığın xarici işlər naziri Bədr əl-Busaidi bunu Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə bildirib.