Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.
Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Faxralı kəndində qeydə alınıb.Hərəkətdə olan"VAZ 21010" markalı avtomobillə "VAZ 2106" toqquşub.
Hadisə zamanı 2002-ci il təvəllüdlü Faxralı kənd sakini Eltun Babayev və 1991-ci il təvəllüdlü Nərgiz İsmayılova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir.Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.