AZ

Reşford Messini geridə qoydu

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Reşford Messini geridə qoydu

"Barselona" Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turunda "Kopenhagen" üzərində əzmkar qələbə (4:1) qazanıb.

QOL.az "Yahoo Sports"a istinadən xəbər verir ki, matçın ikinci hissəsində cərimə zərbəsindən baxımlı qola imza atan Markus Reşford Kataloniya klubunda uzunmüddətli seriyaya son qoyub.

İngiltərəli hücumçu "Barselona" forması ilə Çempionlar Liqasında cərimə zərbəsindən birbaşa qol vuran ilk oyunçu olub. Sonuncu dəfə bu uğura təxminən 7 il əvvəl, 2019-cu ildə Lionel Messi imza atıb. Argentinalı ulduz həmin vaxt yarımfinalda "Liverpul"un qapısına yol tapmışdı.

Qeyd edək ki, Hans-Diter Flikin rəhbərlik etdiyi kollektiv ümumi mərhələni 5-ci pillədə tamamlayaraq birbaşa 1/8 finala vəsiqə qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
9
qol.az

10Mənbələr