AZ

Lukas Paketa Braziliya klubuna keçdi

“Vest Hem”in yarımmüdafiəçi Lukas Paketanın tezliklə Braziliyanın “Flamenqo” klubuna keçəcəyini açıqlayıb.

Msport.az xəbər verir ki, ingilislər Paketanın tibbi müayinədən keçmək və qiymət barədə razılığa gəldikdən sonra “Flamenqo” ilə şərtlərini müzakirə etmək üçün icazə aldığını təsdiqləyib.

Lukas şəxsi və ailə səbəblərinə görə, 2025-ci ilin iyul ayında Futbol Assosiasiyası tərəfindən qanunazidd hərəkətlər etdiyinə dair ittihamlardan təmizləndikdən sonra Braziliyaya qayıtmaq və yenidən başlamaq istədiyini açıq şəkildə bildirib. Bu vəziyyətin həlli iki il çəkib və onda ciddi psixoloji gərginlik yaradıb.

Klubun Lukası qalmağa razı salmaq üçün bütün səylərinə baxmayaraq, o, ayrılmaqda israr edib. Buna görə də baş məşqçi və klub onun transfer tələbini könülsüz qəbul ediblər.

Seçilən
74
1
msport.az

10Mənbələr