AZ

Gəncədə şirkət rəhbəri marketdən yağ oğurladı...



Gəncə şəhərində şirkət rəhbəri marketdən yağ oğurladığı üçün saxlanılıb.

Qaynarinfo-nun məlumatına görə, MMC-lərdən birinin direktor vəzifəsində işləyən Ə.H. marketdən oğurluq etdiyi üçün məsuliyyətə cəlb olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama) maddəsi ilə protokol tərtib olunub və iş məhkəmədə araşdırılıb.

Məlum olub ki, o, mağazadan ümumi dəyəri 75 manat olan 3 ədəd "Anhcor" markalı kərə yağını oğurlayıb.

Məhkəmənin ilkin hökmü ilə Ə.H. 10 gün həbs cəzasına məhkum edilib. Daha sonra o, Gəncə Apellyasiya Məhkəməsinə müraciət edib və hökm dəyişdirilib: 10 günlük həbs cəzası 160 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri ilə əvəz olunub.

Şəxs dərhal həbsdən azad edilib.

Seçilən
83
4
baki-xeber.com

4Mənbələr