AZ

Əməkdar artistin canlı ifası və köhnə geyimi MÜZAKİRƏ YARATDI VİDEO

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Əməkdar artist Nüşabə Ələsgərlinin studiyada canlı ifasının görüntüləri sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, canlı performans izləyicilər arasında birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçilərinin bir qismi sənətçinin səsini və canlı ifasını yüksək qiymətləndirərək peşəkarlığını vurğulayıb. Digər tərəfdən, bəzi izləyicilər ifanı bəyənmədiklərini bildirərək tənqidlərini gizlətməyiblər.

Müzakirə mövzularından biri də Nüşabə Ələsgərlinin geyimi olub. Bir çox izləyici sənətçinin geyimini köhnəlmiş və dövrə uyğun olmayan hesab edərək bunu ayrıca müzakirə obyektinə çevirib. Bununla yanaşı, onun sadəliyini təqdir edənlər də az olmayıb.

Görüntülər qısa müddətdə geniş yayılıb və sənətçinin canlı performansı ətrafında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrlə davam edir.

Musa

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
2
news.milli.az

3Mənbələr