AZ

"Mənə fərq etmir, meydana daxil oldumsa..."

"Sumqayıt"ın yarımmüdafiəçisi Aleksa Yankoviç Premyer Liqanın 17-ci turunda "Turan Tovuz"a məğlub olduqları görüşdən (1:2) sonra Sportinfo.az-a müsahibə verib.

- Niyə məğlub oldunuz?

- Xüsusilə birinci hissədə ciddi səhvlərə yol verdik. Və bu da bizə 3 xal bahasına başa gəldi. Rəqib öz şanslarından istifadə etməyi bacardı, amma biz bunu edə bilmədik.

- Nəticəni ədalətli hesab edirsən?

- Düşünürəm ki, rəqib qələbəni haqq edirdi.

- İki fərqli hissə izlədik. İkinci yarıda daha yaxşı göründünüz. Fasilədə baş məşqçi nələri dəyişdi?

- Dedi ki, yuxarı yerlərdə olmaq istəyiriksə, ikinci hissə daha yaxşı oynamalayıq. Özünüzü göstərməyiniz lazımdır. Daha çox psixoloji söhbət etdi. Bu da bizə müsbət təsir etdi.

- Kənardan görünən odur ki, həm də sənin meydana çıxmağın oyuna yaxşı təsir etdi...

- Hər zaman ən yaxşı oyunumu göstərməyə çalışıram. Fərq etmir əsas heyətdə oldum və ya ehtiyatdan oyuna qoşuldum. Meydana daxil oluramsa, bütün gücümlə nəyisə dəyişməyə çalışıram.

XANOĞLAN

Seçilən
11
sportinfo.az

1Mənbələr