AZ

Oğurluq edən şəxslər saxlanılıblar

Bakı, 29 yanvar, AZƏRTAC

Xəzər rayonu ərazisində naməlum şəxs üç evə daxil olaraq ümumilikdə 12 min 650 manat dəyərində məişət əşyaları oğurlayıb.

Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, axtarışda olan 37 yaşlı R. Dəmirov saxlanılıb. O, bir müddət əvvəl oğurluq etmək niyyətində olduğu evləri müşahidə edərək talama cinayətlərini gecə saatlarında törətməyi planlaşdırıb. R.Dəmirovun analoji yolla Sabunçu rayonu ərazisində də iki evdən 9000 manat dəyərində məişət əşyalarını oğurladığı məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Yasamal rayonu ərazisində yerləşən evlərin birindən də 708 manat, mobil telefon və bank kartı oğurlanıb. Bu barədə zərərçəkən polisə müraciət edib. Yasamal Rayon Polis İdarəsinin 26-cı polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 26 yaşlı L.Xudaverdiyeva müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində qeydə alınan digər bir oğurluq hadisəsi zamanı isə zərərçəkənin itirdiyi bank kartını tapıb 495 manatlıq alış-veriş edən 47 yaşlı P. Sultanova da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

Seçilən
26
9
azertag.az

10Mənbələr