AZ

Van Deyk "Qarabağ"la oyunda ÇL-in tarixinə düşdü

“Liverpul”un kapitanı Vircil van Deyk UEFA Çempionlar Liqasının tarixinə düşüb.

Publika.az xəbər verir ki, 34 yaşlı müdafiəçi turnirin ümumi mərhələsinin son turunda “Qarabağ”a qarşı keçirilən oyunda (6:0) komandasının parlaq qələbəsində mühüm rol oynayıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“WhoScored”-in məlumatına görə, niderlandlı futbolçu Çempionlar Liqası tarixində bir oyunda üç qol ötürməsi verən ilk mərkəz müdafiəçisi olub. Bu göstərici onu turnirin rekordçusuna çevirib.

Seçilən
43
publika.az

1Mənbələr