“Əbu-Dabidəki danışqılarda Rusiya tərəfindənancaq hərbçilər iştirak edir ki, onların da heç nə ilə bağlı danışıqlar aparmaq mandatı yoxdur. Bu isə o deməkdir ki, onlar heç də sülhə köklənməyiblər”,- Ai diplomatiyasının rəhbəri bildirib.
Onun fikrincə, əksinə, ruslar ukraynalılara hücumlarını davam etdirir, bombalamaqla vədondurmaqala təslim olmağa məcbur etməyə çalışırlar. Ona görə də Aİ bu konteksti aydın şəkildə anlamalı və Rusiyaya təzyiqləri artırmalıdır.
- Rusiyanı həqiqətən də real danışıqlara məcbur etmək bizim üçün vacibdir. Hazırda onlar guya danışıqlar apardıqlarını göstərirlər. Biz onların Ukraynaya hücumlarını artırdıqlarını görürük, çünki onlar döyüş meydanında irəliləyə bilmirlər, buna görə də mülki şəxslərə hücum edirlər”,- Kaya Kallas vurğulayıb.
![]() |
| WSJ: “Ukraynada 3 ssenari mümkündür” |
Xanım Kallas bu məsələdə ABŞ-nin oynaya biləcəyi müstəsna rola da toxunub.
“Əgər ukraynalılar əhəmiyyətli ərazi güzəştləri etsələr, bu, Ukraynanın qalan hissəsində sülh naminədir. Belədə, sülh üçün şərait yaradılmalı və amerikalılar bunu nəzərə almalıdırlar”, - siyasətçi deyib.
Onun sözlərinə görə, sülh sazişinin işləməsi üçün avropalıların birbaşa iştirakı lazımdır, çünki müharibə davam edir.
- Biz görürük ki, ABŞ bir ildən çoxdur Ukraynanı dəstəkləmir. Ukraynanın özünü müdafiə edə bilməsi üçün bu işi indi avropalılar görür”,- Avropa diplomatiyasının rəhbəri bildirib.
Danışıqların məzmunundan məlumatlı olan 8 mənbəyə istinad edən “Financial Times” nəşrinin yazdığına görə, Ukraynanın Donbasın tamamilə Rusiyaya güzəştə getməsini nəzərdə tutan təkliflə razılaşacağı təqdirdə ABŞ ona təhlükəsizlik zəmanəti verməyə hazırdır.
Xatırladaq ki, bu arada “The Wall Street Journal (WSJ)” nəşri 2026-cı ildə Ukraynada hadisələrin inkişafı üzrə üç mümkün ssenarini dərc edib.
Sahil İsgəndərov
AzVision.az
