AZ

Ukrayna ilə Rusiya arasında həlak olanların cəsədlərinin növbəti mübadiləsi edilib  

Yanvarın 29-da Ukrayna və Rusiya arasında növbəti dəfə həlak olanların cəsədlərinin mübadiləsi həyata keçirilib. Mübadilə çərçivəsində daha 1000 cəsəd qaytarılıb. Rusiya iddia edir ki, onlar Ukrayna Müdafiə Qüvvələrinin həlak olmuş əsgərlərinə məxsusdur.

AZƏRTAC bu barədə “Telegram” kanalında Hərbi Əsirlərlə Mübarizə üzrə Koordinasiya Qərargahına istinadla xəbər verir.

Qərargahın açıqlamasında deyilir: “Hüquq-mühafizə orqanlarının müstəntiqləri Ukrayna ekspert qurumları ilə birlikdə vətənə qaytarılan həlak olanların cəsədlərini müəyyən etmək üçün bütün zəruri tədbirləri görəcəklər”.

Cəsədlərin qaytarılması tədbirlərinin həyata keçirilməsi Koordinasiya Qərargahı, Ukrayna Silahlı Qüvvələri, Ukrayna Təhlükəsizlik Xidməti, Ukrayna Daxili İşlər Nazirliyi, Dövlət Fövqəladə Hallar Xidməti və bir neçə digər qurumun birgə səylərinin nəticəsidir. Həlak olanların nəşləri onların şəxsiyyətinin müəyyən edilməsi prosesi zamanı saxlanılacaq morqa aparılacaq.

Seçilən
9
3
azerbaijan-news.az

4Mənbələr