
Bakı metrosunda həyata keçirilməsi nəzərdə tutulan xətlərin ayrılması layihəsi çərçivəsində “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında təxminən 200 metrlik uzunluğa malik tunelin inşası nəzərdə tutulub.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu tunelin inşasına başlanılacağı zamandan etibarən sərnişinlərin səfərlərində müəyyən dəyişikliklər baş verəcək.
Belə ki, tikinti müddətində “Nizami” stansiyası yaşıl xətt üzrə müvəqqəti son dayanacaq olacaq.
Bu səbəbdən metronun “Dərnəgül” stansiyası istiqamətindən gələn sərnişinlər “Nizami” stansiyasında metronu tərk edərək qırmızı xəttə keçmək üçün alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar. “Həzi Aslanov” istiqamətindən gələn sərnişinlər isə “28 May” stansiyasında metronu tərk edərək yaşıl xəttə keçmək üçün eyni qaydada alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar.
Sözügedən dəyişiklər, yəni sərnişinlərin alternativ ictimai nəqliyyat vasitəsindən istifadə etməsi onların səfər xərcini artıra bilər. Məsələn, sərnişin “Həzi Aslanov” stansiyasından “Elmlər Akademiyası” stansiyasına getmək istəyirsə, “Həzi Aslanov” stansiyasında metroya daxil olarkən ödəniş edəcək, eyni zamanda “28 may” stansiyasından çıxıb “Nizami” stansiyası istiqamətində getmək üçün avtobusa minərkən ödəniş etmək və “Nizami” stansiyasından da metroya daxil olub “Elmlər Akademiyası” stansiyasına gedərkən ödəniş etmək məcburiyyətində qalacaq.
Yaranmış zərurəti nəzərə alaraq sözügedən istiqamətlərdə hərəkət edən sərnişinlərə ödənişlərlə bağlı güzəşt tətbiq edilə bilərmi?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) idarə heyətinin sədri Anar Rzayev bu prosesin necə tənzimlənməsi istiqamətində hesablamaların aparıldığını bildirib: