AZ

İran gəmisi Xəzərdə qəzaya uğrayıb

Yazını böyüt
Yazını kiçilt

İrana məxsus gəmi Xəzər dənizində qəzaya uğrayıb. Bu barədə MNS məlumat yayıb.

Hafta.az xəbər verir ki, "Caspian Shiva" yük gəmisi Mahaçqala dəniz limanına gedərkən naməlum mənşəli zədə alıb. Sonra gəmi batmağa başlayıb, su sürətlə mühərrik otağına daxil olub.

"Caspian Shiva" gəmisində 10 heyət üzvü var. İlkin məlumata görə, xəsarət alan yoxdur.

Pis hava şəraiti səbəbindən (Xəzər dənizində dalğalar hazırda 2 metr hündürlüyə çatır ) xilasetmə əməliyyatına başlamaq mümkün deyil. Rusiya dəniz limanlarının bir neçə yedək gəmisi hazır vəziyyətə gətirilib.

Seçilən
72
42
hafta.az

10Mənbələr