AZ

Bank əmanətçilərinin depozit gəlirləri artdı

2025-ci ildə Azərbaycanda bankların cəlb etdikləri depozitlər (əmanətlər) üzrə faiz xərcləri 1 milyard 282 milyon manat təşkil edib.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb Bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 41.6% və ya 376.6milyon manat artıb. 2024-cü ildə banklar 905.4milyon manat depozit faizi ödəyiblər.
    Qeyd edək ki, cari il yanvar ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi (maliyyə institutları istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.4% artaraq 38 milyard 221.9milyon manata bərabər olub.

    Xatırladaq ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 5 milyard manat faiz gəliri əldə ediblər.

    Seçilən
    1
    4
    metbuat.az

    5Mənbələr