AZ

Paşinyan Azərbaycanla dəmir yolunun tikintisindənDANIŞDI

"Regional kanalların açılması məsələsində əməkdaşlığımızı dərinləşdirmək üçün rusiyalı tərəfdaşlarımızla nəinki əməkdaşlıq etməyə hazırıq, həm də bunu istəyirik".

Redaktor.az xəbər verir ki, bunu Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib. 

"Düzünü desəm, Rusiyaya yazılı müraciət etmişik, hazırda cavab olub-olmadığını bilmirəm. Amma ümumilikdə müsbət siqnallar alırıq. Ümid edirik ki, proses sürətlənəcək.

Yanvar ayında Ermənistan və Azərbaycan nümayəndələri dəmir yolunun Yerasx-Sədərək hissəsini ziyarət etdilər. Bununla bağlı bəyanat verildi, yəni proseslər gedir və biz regional prosesləri dayandıra bilmərik.

Ümid edirik ki, rusiyalı tərəfdaşlarımız tərəddüd etməyəcəklər. Eyni şey Axurik hissəsinə də aiddir. Əgər rusiyalı tərəfdaşlar nədənsə bu investisiyanı etmək istəmirlərsə, Ermənistan tərəfi həmin hissələri geri götürəcək və onları müstəqil şəkildə təmir edəcək", - deyə Baş nazir açıqlayıb. 

Seçilən
98
3
redaktor.az

10Mənbələr