AZ

Slot "Qarabağ"a şans tanımır: "Nyukasl"ın qalib gələcəyini ehtimal edirəm

“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda “Qarabağ” üzərində 6:0 hesablı qələbə qazandıqları oyunla bağlı şərh verib.

Publika.az xəbər verir ki, niderlandlı mütəxəssis pley-off mərhələsində "Qarabağ"ın "Nyukasl"la düşəcəyi təqdirdə baş verə biləcək nəticə ehtimalından da danışıb:

"Rəqib olduğumuz “Qarabağ”a hörmətlə yanaşırıq, amma bu, baş verərsə, "Nyukasl"ın qalib gələcəyini ehtimal edirəm. Baxmayaraq ki, "Qarabağ" bu mövsüm çox yaxşı komandaya sahib olduğunu nümayiş etdirib. Amma biz onlarla görüşdə qol buraxmadıq. Rəqibimizin bizdən daha yaxşı olduğu 5-6 dəqiqəlik hissələr də omadı. Bu, adətən rəqiblərimizin "Liverpul"a qarşı daha yaxşı olduğu maksimum müddətdir. Rəqibimizin bizdən bir dəqiqə belə olsun daha yaxşı oynamamasına diqqət etdik”.

Qeyd edək ki, Azərbaycan çempionunun pley-offdakı digər potensial rəqibi PSJ-dir. Püşkatma mərasimi yanvarın 30-da baş tutacaq.

Seçilən
0
2
publika.az

3Mənbələr