AZ

“Liverpul”un kapitanı rekorda imza atdı

“Liverpul”un kapitanı Vircil van Dayk UEFA Çempionlar Liqasında tarixi göstəriciyə imza atıb.

İdmanxeber.az xəbər verir ki, niderlandlı müdafiəçi turnirin son turunda “Qarabağ”a qarşı keçirilən oyunda (6:0) 3 məhsuldar ötürmə edib. Bununla da Van Dayk Çempionlar Liqası tarixində bir oyunda üç assist edən ilk mərkəz müdafiəçisi olub.

“Liverpul” mərhələni 18 xalla 3-cü pillədə başa vuraraq 1/8 finala yüksəlib. Komanda növbəti oyununu 31 yanvarda Premyer Liqada “Nyukasl”a qarşı keçirəcək

Seçilən
9
idmanxeber.az

1Mənbələr