Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Sabiq "Bakı"lı Hindistan klubunda
“Bakı”nın sabiq futbolçusu Alberto Noquera komandasını dəyişib.
QOL.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi yenidən Hindistanda çıxış edəcək.
36 yaşlı futbolçu Hindistan Superliqasında çıxış edən “Çennayin”ə keçib. Klub onun transferini rəsmən açıqlayıb. İspaniyanın “Rayo Maxadaonda” klubundan alınan futbolçu ilə mayın 31-nə qədər müqavilə bağlanıb.
Qeyd edək ki, Alberto Noquera "Bakı"da 2013-2014 mövsümündə çıxış edib. O, 2009-2012-ci illərdə "Atletiko"da oynayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.