Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandakı kredit ittifaqları 2025-ci ili 0,3 milyon manat xalis zərərlə başa vurub.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, kredit ittifaqları 2024-cü ilin eyni dövrünü xalis mənfəətlə (0,8 milyon manat) başa vurmuşdu.
Bu il yanvarın 1-nə kredit ittifaqlarının aktivləri 12,4 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,6% azdır.
Qeyd edək ki, hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 3,6% azalaraq 2,7 milyon manata, balans kapitalı isə 5,8% azalaraq 9,7 milyon manata enib.
Bizi sosial şəbəkələrdən izləyin!!