AZ

Nanə son halını müzakirə edənlərə cavab verdi

“Azərbaycan Dövlət Tibb Universitetinin məzunuyam və bununla hər zaman qürur duymuşam. Məni tanıyan hər kəs bilir ki, həkim olaraq sağlam və düzgün həyat tərzinə həmişə üstünlük vermişəm. Amma məni tanımayanların da diqqətinə çatdırmaq istəyirəm ki, sağlamlıq, ilk növbədə, ruhdan başlayır. Ruhu sağlam olan insanlar həyata, daha işıqlı və daha güclü baxırlar”.

“Yeni Sabah” xəbər verir ki, bunu aparıcı Nanə Ağamalıyeva sosial media hesabında yazıb.

Aparıcı ifrat arıqlaması haqqında danışanlara belə cavab verib:

“Həyata baxışınız sizin aynanızdır. Sağlam yaşayın, sağlam qidalanın, idmanla məşğul olun. Bədənimizi idarə edən enerjidir və yalnız o enerjini hərəkətə gətirdikdə insan öz həyatı ilə bağlı yeni, doğru qərarlar verməyə başlayır.

Bu həyatı, bu ömrü bizə bəxş edən Allahdır. Həyatınızı, nizamınızı, ömrünüzü gözəlləşdirməyə tələsin. Mən həm həyatımdan, həm də Allahımdan hər zaman çox razıyam. İstədiyim hər nə varsa, artıqlaması ilə mənə bəxş edib. Alhamdulillah.

Sizin dünya boyda sevginizin qarşısında baş əyirəm, çox sağ olun. Sizin sevginiz məni hər zaman belə gözəl, ideal formada qalmaq üçün həvəsləndirir. Allaha çox şükür edirəm. Şükür sənə İlahi ! Sevin! Sevilin”.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
32
8
yenisabah.az

10Mənbələr