Maraqlıdır, bunun tətbiqi Azərbaycanda da ola bilərmi?
Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiyada təqdim olunan təklif əsasən xüsusi şərtlərlə pensiyaya çıxan xanımlarla bağlıdır:
"Xüsusi şərtlərlə pensiyaya çıxma yaşı adi şərtlərlə pensiyaya çıxma yaşından fərqlənir. Biz bütün bunları nəzərə alaraq hesab edirik ki, Azərbaycanda da qadınlarla kişilər arasında pensiya yaşının fərqləndirilməsi təklif oluna bilər. Pensiya yaşına differensial yanaşmanı daha məqsədəuyğun hesab edirik. Çünki bir çox ölkələrdə, o cümlədən bəzi Avropa ölkələrində kişilərlə qadınların pensiya yaşı arasında fərq mövcuddur. Qadınlar kişilərlə müqayisədə pensiyaya daha tez, daha erkən yaşda çıxırlar. Bu isə birbaşa onunla bağlıdır ki, qadınların sosial təminata, xüsusilə də müəyyən yaş dövründə daha çox ehtiyacı olur. Məhz bu səbəbdən qadınlar üçün pensiya yaşının differensial şəkildə müəyyənləşdirilməsi bir çox ölkələrdə tətbiq edilir".
O deyib ki, həmin təcrübələr öyrənilməli və Azərbaycanda da differensial pensiya yaşı sisteminin tətbiqinə baxılmalıdır:
"Praktiki baxımdan bu yanaşmanın tətbiqi xüsusilə qadınlarımızın daha tez pensiyaya çıxmasına imkan yarada bilər. Eyni zamanda pensiya yaşı müəyyən edilərkən yalnız kəmiyyət göstəricilərinin deyil, həm də keyfiyyət göstəricilərinin nəzərə alınması, qadınlara daha erkən pensiyaya çıxmaq hüququnun verilməsi kimi meyarların tətbiqini məqsədəuyğun hesab edirik".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta