"Əmlak bazarında ciddi qiymət artımı müşahidə olunur. Sənədsiz həyət evlərinin qiyməti isə təxminən 25-30 min manatdan başlayır".
Publika.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.
Ekspertin fikirincə, ucuz evlər çıxarışla təmin olunarsa, aztəminatlı və evsiz insanlar bu cür mənzilləri istəlinən ipoteka şərtləri ilə ala bilər:
"İlk ödəniş yox, aylıq ödənişi isə kirayə pulundan daha aşağı olacaq. Bununla da ölkədə evsiz insanların sayı minumuma enəcək. Bu məsələlərin başında dayanan problem həmin əmlakların çıxarışlarının olmamasıdır".