Tailandda AT-6 qırıcı təyyarəsi qəzaya uğrayıb.
Moderator.az Tailand mediasına istinadla xəbər verir ki, hadisə Çianq May bölgəsində baş verib. Qəza nəticəsində pilotların hər ikisinin öldüyü bildirlir.
Qeyd edək ki, Tailand ABŞ istehsalı olan AT-6 təyyarələrinin alışı üzrə 2021-ci ildə müqavilə imzalayıb. Bu tip təyyarələr 2024-cü ildən Tailand Hərbi Hava Qüvvələrinin istismarındadır.