AZ

ABŞ-də qar fırtınası azı 73 nəfərin həyatına son qoyub

ABŞ-də günlərdir tüğyan edən qar fırtınası nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb.

Xezerxeber.az xəbər verir ki, “CBS News” telekanalının yaydığı məlumata görə, fırtınanın birbaşa təsirindən azı 49 nəfər həyatını itirib.

Müxtəlif ştatlarda fırtına ilə əlaqəli ola biləcək daha 24 ölüm hadisəsi qeydə alınıb. Telekanal ölüm səbəbləri kimi donvurmanı, yol-nəqliyyat qəzalarını və əllə qar təmizləmə zamanı baş verən ürək tutmalarını göstərib.

Kəskin hava şəraiti Birləşmiş Ştatların 200 milyondan çox sakininə təsir edib. Bəzi ərazilərdə qarın hündürlüyü 50 santimetri ötüb. Əlverişsiz şərait səbəbindən ötən həftəsonundan bəri ölkə daxilində on minlərlə aviareys ləğv edilib. Əksəriyyəti cənub-şərqi Tennessi və Missisipi ştatlarında olmaqla, 300 min nəfər hələ də elektriksiz qalıb.

Milli meteorologiya xidməti bəzi ştatların “son onilliklərdə ən uzun soyuq hava dövrü” ilə qarşılaşa biləcəyini ehtimal edir.

Seçilən
37
18
xezerxeber.az

10Mənbələr