AZ

ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 85-ə çatıb

ABŞ-ı vuran güclü qar fırtınası nəticəsində ölənlərin sayı 85-ə çatıb.

Associated Press (AP) agentliyi bu barədə yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ölümlərin təxminən yarısı Tennessi, Missisipi və Luiziana ştatlarında qeydə alınıb və burada on minlərlə ev buzlu hava və aşağı temperatur səbəbindən hələ də elektrik enerjisiz qalıb.

"Üç gün soyuqda, soyuqda yatıb, soyuqda yemək yedim. Artıq soyuğa dözə bilmirdim", - deyə Missisipi ştatındakı evini tərk edib üç gün elektriksiz qaldıqdan sonra sığınacağa köçmək məcburiyyətində qalan 73 yaşlıamerikalı bildirib.

Seçilən
56
18
aznews.az

10Mənbələr