"Qarabağ" UEFA Çempionlar Liqasının liqa mərhələsini ilk 24-lükdə başa vuraraq pley-off mərhələsinə yüksəlib.
Ölkə.az xəbər verir ki, bununla da Ağdam təmsilçisi UEFA tərəfindən nəzərdə tutulan əlavə 1 milyon avro (2 milyon manat) bonus qazanıb.
Qeyd edək ki, Çempionlar Liqasının yeni formatına görə liqa mərhələsində ilk 24 pillədə qərarlaşan komandalar pley-off mərhələsində iştirak hüququ əldə etməklə yanaşı, maliyyə baxımından da mükafatlandırılır.
"Qarabağ" Liqa mərhələsinə yüksəldikdən bu günədək isə 26,62 milyon avro gəlir əldə edib.
Xatırladaq ki, ötən gün "Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda səfərdə "Liverpul"la qarşılaşıb. Köhlən atlar 0:6 hesabı ilə məğlub olublar.