"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Birləşmiş Millətlər Təşkilatı (BMT) regional və qlobal təhlükəsizliyi hərtərəfli şəkildə gücləndirmək üçün bütün səviyyələrdə əməkdaşlığı gücləndirir".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Taatbek Masadıkov media nümayəndələrinə verdiyi müsahibədə bildirib.
O qeyd edib: "Birləşmiş Millətlər Təşkilatı bizim əsas tərəfdaşımız olaraq qalır. KTMT və BMT bütün səviyyələrdə, o cümlədən münaqişələrin qarşısının alınması və həlli, sülhməramlılıq, terrorizm və ekstremizmə qarşı mübarizə və beynəlxalq informasiya təhlükəsizliyi kimi prioritet sahələrdə əməkdaşlığı inkişaf etdirir."
Zeynəb Rzayeva