AZ

Bakı və ətraf rayonlarda daşınmaz əmlakın inventarlaşdırılması rəqəmsallaşdırılıb

İnformasiya sistemi Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı və Siyəzən rayonları üzrə tətbiqə verilməklə sözügedən inzibati ərazi vahidlərində daşınmaz əmlakların inventarlaşdırılması sahəsində rəqəmsal idarəetməyə keçid təmin edilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, “Hüquqların dövlət qeydiyyatı sahəsində elektron dövriyyənin yaradılması" layihəsi üzrə ekspertiza və dövriyyə vərəqləri elektronlaşdırılaraq DƏDKR-in ərazi idarələrində hüquqların dövlət qeydiyyatı üzrə sənəd dövriyyəsi tam elektronlaşdırılıb.

Seçilən
57
2
azerbaijan-news.az

3Mənbələr