AZ

Sadəcə bir qaşıqla xalçanız yeni kimi parlaya bilər!

Evdə xalçaların kir və ləkələrdən təmizlənməsi bəzən çətin və vaxt aparan iş ola bilər.


Pravda.az bildirir ki, sadəcə bir qaşıqla hazırlanan evdəki təmizlik qarışığı xalçaları daha təmiz və parlaq göstərə bilər, hətta bəzən peşəkar təmizləmə nəticəsindən üstün ola bilər.


Təklif olunan üsul üçün əsas maddələr bunlardır: 1 yemək qaşığı qabartma tozu, 1 yemək qaşığı maye yuma vasitəsi və ya tozu və 1/3 stəkan sirkə. Bu qarışım sprey şüşəsinə əlavə edilir və ən çox kirli sahələrə püskürdülür.


Mütəxəssislər tövsiyə edirlər ki, qarışım xalçanın səthinə təxminən 15 dəqiqə təsir etsin, sonra isə kirli sahələr yumşaq süngər və ya fırça ilə yüngülcə sürtülərək təmizlənsin. Daha sonra xalça tamamilə quruyana qədər günəş altında və ya yaxşı ventilyasiya olunan məkanda saxlanmalıdır.


Əlavə olaraq, ənənəvi kənd üsulu da təsirli sayılır: xalça çöldə təmiz səthə sərilir, üstünə su və az miqdarda toz səpilir, daha sonra fırça ilə irəli‑geri hərəkətlərlə sürtülərək təmizlənir.


Qeyd: Sadə ev üsulları ilə xalçaların daha parlaq və təmiz görünməsi mümkündür və bunun üçün həmişə bahalı xidmətlərə müraciət etməyə ehtiyac yoxdur.


Əminə Bayramova 

Tarix: 29 Yanvar 2026, 13:30   
Seçilən
11
pravda.az

1Mənbələr