AZ

Bəhlul Mustafazadə Çindən təklif alıb?

"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Çin klubuna keçəcəyi ilə bağlı iddialara aydınlıq gətirib.

Publika.az xəbər verir ki, azərbaycanlı müdafiəçi təklif aldığı barədə yayılan informasiyaları təkzib edib:

“Rəsmi təklif yoxdur. Ona görə də bu barədə nəsə danışmaq düzgün deyil”.

Qeyd edək ki, bundan əvvəl yayılan xəbərlərdə Bəhlul Mustafazadənin Çin klubundan təklif aldığı və komandadan ayrılmağa hazırlaşdığı bildirilirdi. İddiaya görə, müdafiəçi asiyalılarla anlaşıb və keçid üçün klubun razılığı qalıb.

Seçilən
11
2
publika.az

3Mənbələr