AZ

Aqrar Kredit və İnkişaf Agentliyi ötən il 7500 dən çox kənd təsərrüfatı texnikasının satışını maliyyələşdirib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 29 yanvar, AZƏRTAC

Ötən il Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 7565 kənd təsərrüfatı texnikası və avadanlığının satışı maliyyələşdirilib.

Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib.

Bildirilib ki, 2025-ci ildə Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda fəaliyyət göstərən şəxslərə 5444 müraciət üzrə 112,3 milyon manat məbləğində güzəştli kredit verilib. Bunun 62,5 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 26,8 milyon manatı güzəştli kreditlər, 23 milyon manatı isə mikrokreditlərdir.

Keçən il Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 5574 baş damazlıq (5074 baş iribuynuzlu və 500 baş xırdabuynuzlu) heyvanın alışına 21,3 milyon manat, habelə kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışı üçün 94 milyon manat məbləğində güzəşt vəsaiti ayrılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
2
azertag.az

3Mənbələr