2025-ci ilin sonuna Azərbaycanda avtomobil kreditləri üzrə orta faiz dərəcəsi 13 % təşkil edib.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Bu, bir il əvvəlki göstəricidən 3 faiz bəndi yüksəkdir.Məlumata görə, mənzil təmiri üçün verilən istehlak kreditləri üzrə faiz dərəcəsi 2025-ci ilin sonunda 18 % (2024-cü ilin sonuna olan göstəriciyə nisbətən +2 faiz bəndi) təşkil edib.Hesabat ili ərzində məişət avadanlıqlarının alınması üçün verilən kreditlərin orta faiz dərəcəsi 1 faiz bəndi artaraq 26 % olub.Kredit kartları vasitəsilə verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi dəyişməyərək 26 % təşkil edib.Digər istehlak kreditləri üzrə orta faiz dərəcəsi 2025-ci ilin sonunda 2024-cü ilin dekabr ayı ilə müqayisədə 2 faiz bəndi artaraq 22 % olub.