AZ

Azərbaycan və Macarıstan minatəmizləmə ilə bağlı imzaladıqları sənədin icrasını müzakirə edib

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma ilə minatəmizləmə sahəsində imzalanan Anlaşma Memorandumunun icrası üzrə müzakirələr aparıb.

“İki sahil” xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib.

Bildirilib ki, sənəd ANAMA ilə Macarıstanın Keyfiyyət və Əməkdaşlıq üçün Minatəmizləmə Mərkəzi arasında bir müddət öncə imzalanıb.

Eyni zamanda digər əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
21
3
ikisahil.az

4Mənbələr