AZ

DSX generalı yüksək vəzifəyə təyin edildi

Dövlət Sərhəd Xidmətində (DSX) yüksək vəzifələrə yeni təyinatlar olub.

Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb.

Vəzifədə irəli çəkilənlərdən biri də general-mayor Azad Abdullayevdir. General DSX-nin Sərhəd Qoşunları Komandanlığının qərargah rəisi təyin edilib.

"Azərbaycan bayrağı" ordeni ilə təltif edilmiş A. Abdullayev bu təyinata qədər diviziya komandiri kimi xidmət göstərib.

Seçilən
11
20
far.az

10Mənbələr