AZ

Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu gündən etibarən Abşeron rayonunun Masazır qəsəbəsində Zəngilandan olan məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə gedən avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılacaq.

 

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

 

Bildirilib ki, buna səbəb sözügedən yolda təmir işlərinin həyata keçirilməsidir.

 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Tarix: 29 Yanvar 2026, 12:00   
Seçilən
19
2
pravda.az

10Mənbələr