AZ

PSJ-yə Xviça Kvaratsxeliyadan pis xəbər

Bakı, 29 yanvar, AZƏRTAC

Fransanın PSJ komandası ciddi itki ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, paytaxt təmsilçisinin gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliya sıradan çıxıb. 24 yaşlı oyunçu Çempionlar Liqasının “Nyukasl”la keçirilən sonuncu -VIII tur oyununda (1:1) topuğundan zədə alıb.

Komandanın baş məşqçisi Luis Enrike ulduz futbolçunun vəziyyətinin mürəkkəb olduğunu bildirib.

Qeyd edək ki, PSJ “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqiblərindən biridir.

Seçilən
39
3
azertag.az

3Mənbələr