AZ

Əl işlərinin satışı portalı ilə həyata keçiriləcək ELNARƏ ƏNSARİ

Sia Az saytına istinadən ain.az xəbər verir.

"Mərkəzdə hazırlanan əl işlərinin satışını həyata keçirəcək dostart.az portalı 3 (üç) dildə fəailiyyət göstərəcək”.

SİA-nın verdiyi məlumata göeə, bu sözləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari "həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi, sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində ötən il görülən işlər və 2026-cı ilin hədəfləri” mövzusunda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hazırda portala 250-yə yaxın əl işi yerləşdirilib və Azərbaycan, rus və ingilis dillərində məlumatlar daxil edilib: "Həmin platforma vasitəsilə həssas qruplardan olan şəxslərin hazırladıqları əl işləri vahid onlayn platforma üzərindən daha geniş auditoriyaya çatdırılacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
1
sia.az

2Mənbələr