AZ

İnternatda 9 nəfər qripdən öldü - Rusiyada

2026-cı ilin yanvarında Kemerovo vilayətində yerləşən psixonevroloji internatda 9 nəfər ölüb.

Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ilkin ehtimallara görə, ölümə səbəb A qripi olub.

Regional Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə isə ölənlərdən 7-si qan dövranı sistemi xəstəlikləri səbəbindən ölüb. Daha iki nəfərin ölüm səbəbi isə araşdırılır.

Daha əvvəl yerli media bu müəssisədən 46 nəfərin həmin diaqnozla xəstəxanaya yerləşdirildiyini yazıb.

Seçilən
37
4
bakivaxti.az

4Mənbələr