Yanvarın 25-də Xətai rayonu ərazisində həyat yoldaşı tərəfindən çoxsaylı bıçaq xəsarəti alan Şəfiqə Ələkbərovanın son durumu açıqlanıb.
Heftelik.az Teleqraf-a istinadən xəbər verir ki, onun vəziyyəti ağır olaraq qalır.
“Ş.Ələkbərova Kliniki Tibbi Mərkəzdən özəl tibb müəssisəsinə köçürülüb”, – məlumatda bildirilib.
Qeyd edək ki, yanvarın 25-də Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğlu Emin Əlizadə uşaqlarının gözü qarşısında həyat yoldaşı Şəfiqə Ələkbərovaya 20 bıçaq zərbəsi vurub. E.Əlizadə hadisəni törədəndən sonra yaşadığı 10-cu mərtəbədən 16-cı mərtəbəyə qalxaraq gözləyib. Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrkən o, özünü 16-cı mərtəbədən yerə ataraq intihar edib.
Emin Əlizadənin Şəfiqə Ələkbərovanı qəsdən öldürməyə cəhd etməsi, daha sonra isə özünü hündürlükdən ataraq intihar etməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb.