AZ

Qanunsuz tikililərlə bağlı VACİB XƏBƏR

Qanunsuz tikililərin sənədləşdirilməsi yalnız müəyyən şərtlər daxilində mümkündür və cəmiyyətə bu qanunsuzluq yolverilməzdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova deyib.

Onun sözlərinə görə, özbaşına tikili tikinti normalarını və torpaq qanunvericiliyini pozaraq aparılan tikintidir və Mülki Məcəllə ilə Torpaq Məcəlləsində bunun sənədləşdirilməsinin qadağan olunduğu təsbit edilib. Sədr vurğulayıb ki, vətəndaşlar maarifləndirilir ki, qanunsuz tikili aparmaq olmaz, çünki bu həm torpaq hüquqlarına, həm də su təchizatı və digər kommunal xidmətlərə problemlər yaradır. O, həmçinin qeyd edib ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililər qadağandır, yalnız müəyyən şərtlər daxilində kiçik tikinti işlərinə icazə verilir, amma kütləvi yaşayış evlərinin tikilməsi qadağan olaraq qalır.

Zeynəb Rzayeva

Seçilən
66
bakivaxti.az

1Mənbələr