Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericiliyə dəyişiklik olunur.
Redaktor.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşağa aid istintaq materialları (o cümlədən ekspertiza rəyi, videogörüntü, fotoşəkil) yayılmamalıdır (“Qafqazinfo”).