Yazını böyüt
Yazını kiçilt
“Avroviziya 2026” mahnı müsabiqəsini Viktoriya Svarovski və Maykl Ostrovski aparacaq. Bu barədə “Avroviziya”nın rəsmi saytı məlumat yayıb.
Hafta.az xəbər verir ki, Viktoriya Svarovski və Maykl Ostrovski 70-ci “Avroviziya” Mahnı Müsabiqəsinin aparıcıları olacaqlar.
Qeyd edək ki, 70-ci “Avroviziya” Mahnı Müsabiqəsinin yarımfinalları 12 və 14 may tarixlərində, böyük final isə 16 mayda Avstriyada yerləşən “Wiener Stadthalle” arenasında keçiriləcək.