Platforma sayəsində biznes tərəfdaşlar "Azerconnect Group"un geniş müştəri bazasından yararlanaraq öz məhsul və xidmətləri barədə məlumatı birbaşa hədəf auditoriyaya təqdim etmək imkanı əldə edirlər. İstifadəçi davranışları və xüsusiyyətlərinə uyğun geniş seqmentasiya imkanları SMS-lərin potensial alıcılara göndərilməsini təmin edir, müştərilərin marağını və kampaniyaların səmərəliliyini əhəmiyyətli dərəcədə artırır. Rahat və intuitiv interfeys vasitəsilə isə marketinq kampaniyalarını sərbəst şəkildə yaratmaq, planlaşdırmaq və sürətli şəkildə həyata keçirmək mümkündür. Bundan əlavə, platforma görülən işləri real vaxt rejimdə izləməyə və nəticələri dəyərləndirməyə imkan verir.
"Azerconnect Group"un təqdim etdiyi innovativ AdTech xidmətindən faydalanmaq üçün [email protected] -a yazmaq kifayətdir.
"Azerconnect Group" haqqında
Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən "Azerconnect Group" mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. "Azerconnect Group" müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.