AZ

Trampın İrana qarşı 3 tələbi hansılardır?

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı və ballistik raketləri ilə bağlı Tehrana qarşı üç tələb irəli sürüb.

Missiya.Az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr iddia edir ki, Tramp tələb etdiyi müqavilə ilə bağlı heç bir konkret təfərrüat verməyib, yalnız nəhəng bir armadanın İrana yaxınlaşdığını və ölkənin razılaşma əldə etməli olduğunu bildirib.

“Lakin Amerika və Avropa rəsmiləri danışıqlar zamanı iranlılara üç tələb irəli sürdüklərini bildirirlər", - deyə vurğulanıb.

Məlumata görə, tələblərə uranın zənginləşdirilməsinin birdəfəlik dayandırılması və mövcud ehtiyatlarının məhv edilməsi, eləcə də ballistik raketlərin mənzili və sayının məhdudlaşdırılması daxildir. Bundan əlavə, Tehrandan Yaxın Şərqdəki proksi qruplara dəstəyini dayandırması tələb olunur.

Daşqın HəsənovMissiya.Az

Seçilən
30
missiya.az

1Mənbələr