AZ

28 yaşlı satıcı işlədiyi mağazada öldü

Bərdədə mağazada satıcı ölüb.

Bakıvaxtı.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, hadisə rayonun Əliyanlı kəndində yerləşən bitki dərmanlarının satışı mağazasında baş verib.

Əslən rayonun Qaradəmirçi kəndindən olan 1998-ci il təvəllüdlü Sabir Mehman oğlu Abbasov işlədiyi mağazada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, ölümün səbəbi araşdırılır.

Seçilən
42
6
bakivaxti.az

7Mənbələr