ABŞ prezidenti Donald Tramp 30 yanvar gecəsi Ağ Evin Oval Ofisindən bəyanat verəcək.
Publika.az xəbər verir ki, çıxış Vaşinqton vaxtı ilə saat 16:30-a (Bakı vaxtı ilə 01:30) planlaşdırılıb. Çıxışın mövzusu dəqiqləşdirilməyib. Bundan əvvəl prezidentin qapalı kəşfiyyat brifinqi və Nazirlər Kabinetinin iclasını keçirməsi planlaşdırılır.
Həmin axşam Donald Tramp və həyat yoldaşı Melaniya ABŞ-ın Birinci Xanımına həsr olunmuş filmin nümayişində iştirak edəcəklər.