AZ

AMB: BOKT-ların filial şəbəkəsinin 62 faizi regionlardadır

Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) filial şəbəkəsinin 62 faizi regionlardadır.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev Bakıda keçirilən I İnvestor-Mikromaliyyə Forumunda bildirib.

Onun sözlərinə görə, BOKT-lar bu baxımdan bankları üstələyir. Bundan başqa, AMB rəsmisi deyib ki, BOKT-ların nizamnamə fondunda xarici kapitalın payı 39 faiz təşkil edir.

Xatırladaq ki, Azərbaycanda 54 BOKT fəaliyyət göstərir. Mikromaliyyə sektorunu həmçinin 35 kredit ittifaqı təmsil edir.

Seçilən
6
1
ikisahil.az

2Mənbələr