AZ

Çində mütəşəkkil cinayətkar dəstə üzvləri edam olundu

Bakı. Trend:

Çin Myanmadan olan mütəşəkkil cinayətkar dəstələrlə bağlı 11cinayətkarı edam edib. Həmin dəstələrə telekommunikasiya (onlayn)dələduzluğu ilə məşğul olan qrupların əsas üzvləri də daxilidi.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Həmin şəxslər sentyabr ayında ölüm cəzasına məhkum edilmiş, edamhökmü isə şərqi Çjetszyan əyalətinin Vencou şəhərindəki məhkəmətərəfindən icra olunmuşdur. Agentlik cinayətkarlar barədə əlavədetallar təqdim etməyib.

Son illərdə Çin regionda geniş yayılmış “fırıldaqçı mərkəzlərə”qarşı mübarizəni gücləndirmək məqsədilə Cənub-Şərqi Asiya qonşuları- Tailand, Myanmar və Kamboca ilə əməkdaşlığı artırıb.

Transmilli mütəşəkkil cinayət üzrə ekspertlərin sözlərinə görə,bunun nəticəsində on minlərlə şübhəli şəxs öz ölkələrinə geriqaytarılıb. Ötən il Çinin İctimai Təhlükəsizlik Nazirliyi bildiribki, onlayn qumar və telekommunikasiya dələduzluğunda şübhəlibilinən 7 600-dən çox Çin vətəndaşı Tailandla sərhəddə yerləşənMyanmanın Myavaddi şəhərindən repatriasiya edilib.

Məqalədə:
Seçilən
49
1
az.trend.az

1Mənbələr